Cəlilabadda narkotacir saxlanıldı: cibindən "beşbarmaq" çıxdı

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçiridiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Y.Əliyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə ümumi çəkisi 12 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd “beşbarmaq” aşkar olunaraq götürülüb. Aparılan araşdırmalarla Y.Əliyevə narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini A.Nağıyev olduğu müəyyən edilib və o saxlanılıb.
Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotiklərin qanunsuz dövriyyəsində A.Nağıyevlə əlbir olan rayon sakini F.Abbasov da müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 167 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












