Cənubi Qafqazın açar dövləti AZƏRBAYCANDIR

Fransa vətəndaşının əfv olunması Bakı ilə Paris arasında münasibətlərin normallaşması üçün yeni imkan yarada bilər.
Avtosfer.az xəbər verir ki, Azərbaycan və Fransa arasında son dövrlərdə gərginləşən münasibətlər fonunda Fransa vətəndaşının Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılması diqqət çəkib.
Bunun Bakı–Paris münasibətlərinə mümkün təsiri ilə bağlı politoloq Elxan Şahinoğlu Ajans.az-a açıqlamasında danışıb.
Politoloq bildirib ki, Fransa vətəndaşının əfv olunması Azərbaycanın Fransa ilə münasibətləri normallaşdırmaq istəyindən xəbər verir: “Fransa vətəndaşının Prezident İlham Əliyev tərəfindən əfv olunması əslində Azərbaycanın Fransa ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir. Yetər ki, Fransanın siyasi dairələri, parlamentdəki partiyalar Azərbaycana qarşı siyasətlərindən imtina etsinlər. Çünki zaman-zaman Azərbaycan əleyhinə müxtəlif açıqlamalar, bəyanatlar verilir, hansısa sənədlər qəbul olunur. Bu isə əslində Fransanın öz maraqlarına da zərbə vurur."
Politoloq bildirib ki, Fransa əgər Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, bunu yalnız Ermənistanla yaxşı münasibətlər qurmaqla həyata keçirmək mümkün deyil: "Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Ona görə də Fransa regionda öz mövqelərini möhkəmləndirmək və maraqlarını qorumaq istəyirsə, Azərbaycanla da yaxşı münasibətlər qurmalıdır. Bu baxımdan, son əfv qərarından sonra ümid etmək olar ki, Fransanın siyasi dairələri Azərbaycanla əməkdaşlıq məsələsinə daha həssas yanaşacaqlar. Azərbaycan da əslində Fransa ilə münasibətləri gərginləşdirmək istəmir. Biz anlayırıq ki, Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir".
E.Şahinoğlu vurğulayıb ki, bizə qarşı hər hansı bir təxribat baş verirsə, Azərbaycan da buna adekvat cavab vermək hüququna malikdir”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












