Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına, 3 saylı İstintaq təcridxanasına, 11 saylı cəzaçəkmə müəssisəsinə və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Əsədov Anar Zöhrab oğluna həyat yoldaşı Bakı şəhər sakini Əsədova Elnarə Tofiq qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın tikiş hissəsində xüsusi üsulla gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0,463 qram olan narkotik maddə - heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Əliyev Anar Firidun oğluna isə qohumu Lənkəran rayon sakini Əlizadə Xeyrulla Qüdrət oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 2,033 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,048 qram olan psuxitrop maddə - metamfetamin olduğu müəyyənləşib.
Həmçinin Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 235.4.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum İsmayılov Elgün Mürşüd oğluna qohumu Məmmədov Sahib Cəbrayıl oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan alt paltarının bel hissəsindəki rezinə xüsusi üsulla hopdurularaq gizlədilən və ümumi çəkisi 3,348 qram olan narkotik maddə - heroin olduğu müəyyən edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 228.1-c1 maddəsinə əsasən təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əhmədov Rafiq Tofiq oğluna bibisi oğlu Bakı şəhər sakini Əhmədov Fariz Əbülfət oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0157 qram olan narkotik maddə - heroin olduğu aşkarlanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.

İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












