Daha bir marşrut avtobusu kartla ödəməyə keçəcək

Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bu çərçivədə 01.02.2021-ci il tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Məkrəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.
Məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.
"Nağdsız ödənişə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Əvvəlki dövrlərdə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", deyə BNA-nın məlumatında qeyd edilir..
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












