Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin DOST Mərkəzlərinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimizlə görüşlər, onlarla bağlı dəstək tədbirləri davam edir.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə işlərin davamı kimi, 1 saylı və 3 saylı Bakı DOST Mərkəzlərinin əməkdaşları Vətən müharibəsi iştirakçıları olan və müharibədə yaralanmış Orxan Məmmədzadənin (Yasamal rayonu) və İbrahim Məmmədovun (Sabunçu rayonu) ailələrində olublar.
Ailəsi 3 nəfərdən ibarət olan Orxanın isə anasının xəstəliyi ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində ona kömək ediləcək. Əlillik təyinatı aparılarsa, ona sosial ödəniş təyin olunacaq.
İbrahimgilin 4 nəfərlik ailəsində yalnız bacısının işsiz olduğu nəzərə alınaraq onun məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi qərara alınıb və yaxın günlərdə o, işlə təmin ediləcək.
Hər iki qazinin – Orxanın və İbrahimin də əlilliyi qiymətləndiriləcək və onlara əlillik dərəcəsi təyin olunduğu halda birdəfəlik sığorta ödənişi və sosial təminat növləri üzrə aylıq ödənişlərlə təmin olunacaqlar. Bu barədə hər iki qaziyə məlumat verilib. Həmçinin hər iki ailəyə bildirilib ki, DOST Agentliyi və mərkəzlərinin əməkdaşları qəhrəman əsgərlərimizlə qürur duyur. Şəhid ailələri və qazilərimizin ehtiyaclarının qarşılanması üçün qanun çərçivəsində onlara bütün lazımi dəstək göstəriləcək.
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












