DANX vətəndaş şikatəylərini elektron formada da qəbul edəcək - FOTO
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmi saytında onlayn müraciət bölməsinə adınızı, soyadınızı və elektron poçt ünvanınızı qeyd etməklə, şikayət, təklif və müraciətinizi ünvanlaya bilərsiniz. Müraciətə baxılması müddətinə əsasən, vətəndaşların sorğularına ən geci 15 iş günü müddətində baxılır".
Avtosfer.az xəbər verir ki, bu haqda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
Qurum sözçüsü bildirib ki, əgər məlumatın verilməsi barədə müraciətə qeyd olunan müddətdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə müraciət daxil olduğu andan 24 saat keçənədək baxılır: "Qeyd edək ki, sosial şəbəkə hesabları üzərindən edilən müraciətlər bəzən rəsmi ad və soyad qeyd edilmədən ünvanlandığı üçün, həmin müraciətlərdə bizdən tələb olunan informasiya tərəfimizdən Sizə təqdim edilə bilmir. Ona görə də rəsmi ad və soyadınızı qeyd etməklə veb-sayt üzərindən müraciətləriniz daha operativ formada cavablandırılacaq".
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












