Daşkəsən sakinlərindən narkotik götürüldü

Daşkəsən sakinlərində narkotik aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş Anar Orucov saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 26,337 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Orucova məxsus fərdi yaşayış evinə baxış keçirilib və həyətyanı sahədən 1 ədəd sellofan torabada təmiz çəkisi 1 kq 10 qram narkotik vasitə olan marixuana aşkar edilib.
Bundan başqa, davam etdirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Quşçu kəndinin digər bir sakini Elçin Əmrahovdan da 20,540 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












