Deputat: “Məcburi köçkünlərin müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb”

“Məcburi köçkün müraciət edir ki, 30 ilə yaxındır müvəqqəti yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılması tələbi qoyulub”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, əvvəllər də bu məsələyə baxılıb:
“Ulu öndər bildirmişdi ki, məcburi köçkünü evlə təmin etmədən o, müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz. Bu gün torpaqlarımız işğaldan azad olunub, lakin məcburi köçkünlər hələ öz yurd-yuvasına qayıtmayıb. Məcburi köçkünlər evlə təmin edilmədən məhkəmə qərarı ilə onların müvəqqəti yaşadığı evlərdən çıxarılması tələb edilir. Təklif edirəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu məsələ müzakirə edilsin. Məhkəmə qərarları qəbul edilən zaman Dövlət Komitəsindən nümayəndə çağırılsın. Artıq onların müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb. Onlar evlə təmin olunmadan yaşadığı müvəqqəti yerdən çıxarılsa, harada yaşayacaq?! Məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz”.
apa
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












