DİN əməliyyat keçirdi, 10 kq narkotik götürüldü

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülüb.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 495 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev Sabunçu rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.
Həmçinin Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin, yaşadığı evə baxış zamanı oradan 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












