DİN əməkdaşları Qusar rayonunda şagirdlərlə görüşlər keçirib - FOTO

Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarında orta məktəb şagirdləri ilə vətənpərvərlik mövzusunda təhsilə təşviqlə bağlı görüşlər keçirirlər. Bu tipli görüşlər 12-13 oktyabr tarixlərində Qusar rayonunun mərkəzindəki və kəndlərdəki məktəblərin IX-X-XI sinif şagirdləri ilə keçirilib. Keçirilən görüşlərdə DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və Qusar Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi Mövlud Əliyev və digər əməkdaşları iştirak ediblər.
Qusar rayon 6 nömrəli məktəbində təşkil olunan görüşdə rayon mərkəzində yerləşən məktəblərin şagirdlərinin, eləcə də Yuxarı Zeyxur, Hil, Urva, Çiləgir və digər ətraf kənd məktəblərinin qarşısında çıxış edən polis əməkdaşları onlara sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar. Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilmə polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda yeniyetmə və gənclərimizlə söhbətlər aparılıb.
Keçirilən tədbirlərdə çıxış edən Elçin Orucov şagirdləri salamlayıb və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısa metrajlı tanıtım videoçarxı göstərilmiş, akademiyaya dair lifletlər (məlumat vərəqələri) paylanmışdır. Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis polkovnik-leytenantı orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Keçirilən görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
















