DSX: Sərhədyanı ərazilərdə 9 kq narkotik və 3 ədəd silah aşkar olunaraq götürülüb - FOTO

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə 8 kq 920 qram narkotikə bənzər maddənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb, eyni zamanda 3 ədəd gizlədilmiş odlu silah aşkar olunub.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Yanvar ayının 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd sahibsiz bağlama aşkar edilib. Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kq 900 qram “tiryək”, 1 kq 700 qram “metamfetamin” və 750 qram “heroin”) oxşar maddənin olması müəyyənləşdirilib.
Yanvar ayının 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində çəkisi 570 qram “marixuana”ya oxşar maddə və 2 blok “Marllboro” markalı siqaret aşkarlanaraq götürülüb.
Ay ərzində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən sərhədboyu ərazilərdə həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilən 1 ədəd Almaniya istehsalı olan 8 mm çaplı “Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində “Qaraçay” çayının sahilində yerləşən meşəlikdə 1 ədəd 16 mm çaplı təklüləli ov tüfəngi və ona məxsus 6 ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində “Qarayazı” dövlət meşə qoruğu massivində 1 ədəd 16 mm çaplı qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülüb.
Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












