Dünyada COVID-19 əleyhinə peyvənd edilənlərin sayı 100 milyonu ötüb

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 64 ölkədə ümumilikdə 101 milyondan çox insana peyvənd vurulub.
Bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.
Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 4,25 milyon nəfər COVID-19 əleyhinə peyvənd edilib. ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 32,8 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 10 faizi edir. Hazırda ABŞ-da gündəlik 1,34 milyon nəfər gündəlik peyvənd olunur.
Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 24 milyon, Avropa İttifaqında 12,7 milyon, Böyük Britaniyada 9,7 milyon nəfərə peyvənd vurulub.
Vaksin edilənlərin əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə isə İsraildir. Bu ölkədə artıq 5 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 55,1 faizini təşkil edir.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












