Dünyanın ilk 4-cü nəsil sürücüsüz avtobusu test edildi

Türkiyədə dünyanın ilk elektrikli seriyalı istehsalı, 4-cü nəsil sürücüsüz avtobusu “Atak Electric” sınaqdan keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mərasimdə iştirak edib.
Bu barədə Türkiyə Prezident Adminstrasiyasının “Twitter” hesabında video yerləşdirilib.
Avtobusun sınağında iştirak edən Ərdoğan bildirib ki, həm piyadalara qarşı ehtiyatlı hərəkət edən, həm də yol hərəkət qaydalarına riayət edən belə vasitəyə sahib olmaq qürurvericidir:
“Seriyalı istehsal ilə birlikdə artıq dizel, benzin də ortadan qalxır. Artıq getdikcə hər şey elektriklə hərəkət edəcək”.
Ərdoğan deyib ki, bu yenilik həm də iqlim dəyişikliyinin ən çox müzakirə olunduğu bir zamanda təmiz nəqliyyat sistemi yaradacaq:
“İqlim dəyişikliyini müzakirə edərkən bizə deyirlər ki, niyə bir addım atmırsan? Cavabında mən onlara deyirəm, Amerika bir addım atsın, biz də atacağıq. Bizim də güclü sənayeyə sahib olmamız üçün bəzi qabaqcıl ölkələrin addım atmaları lazımdır. İlon Muskla görüşümdə bu məsələləri onunla da müzakirə etməyə açıq olduğumuzu dedim”.
O, türkiyəli mühəndisləri bu uğurları münasibətlə təbrik edib və onlara müvəffəqiyyət arzulayıb.
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA










