Ənənəvi sürücülük vəsiqələri ləğv oluna bilərmi?

Milli Məclisin yaz sessiyasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək. Dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.
Maraqlıdır, bu, sürücülük vəsiqələrinin kağız daşıyıcıda verilməsinin ləğvinə səbəb ola bilər?
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, kağız daşıyıcıların tamamilə ləğvi mümkün deyil. Çünki hələlik buna zərurət var: "Məsələn, vətəndaş iş üçün bir şirkət və ya quruma müraciət etdikdə sürücülük vəsiqəsi tələb olunur. Bu zaman sənədin əslinə, hansı kateqoriyanın olduğuna diqqət edilir. Bu gün elə bir vahid platforma yoxdur ki, hər müəssisə vətəndaşın sürücülük vəsiqəsi barədə məlumatı oradan ala bilsin. Buna görə, hələlik kağız daşıyıcının ləğvindən söhbət gedə bilməz. Bəzi ölkələrdə bu artıq ləğv olunub, amma onlar da prosesə əslində bu cür başlayıblar. Əvvəl yol polisi kağız daşıyıcı tələb etməyib, sonra sistem təkmilləşib. Bunun müsbət tərəfləri çoxdur. Çünki vətəndaş üstündə gəzdirdikcə vəsiqə yararsız hala düşür. Məsələn, kamaz sürücüsü günün altında, tər içərisində olur və sənəd daşıma onun üçün çətindir. Etibarlılıq müddəti 10 olan sənəd 2 il ərzində yararsız hala düşür. Yaxud sənədi portmanata qoyub maşının əl baqajında saxlayırlar. Təmir məntəqəsində kimsə onun içərisində pul olduğunu düşünüb portmanatı oğurlayır. Xəyallarının puça çıxdığını görəndə isə onu zibil qutusuna atır. Təmiz şəhər ASC zibilləri çeşidləyərkən nə qədər sürücülük vəsiqəsi, texpasport, etibarnamə tapır. Yeni sistem bu kimi halların qarşısını alacaq".
Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Dövlət Yol Polisi İdarəsi 2 ildən çoxdur, bort kompüterlər vasitəsilə protokola keçib: "Artıq kağız, qələm vasitəsilə protokol yazılmasından imtina ediblər. Bu dəyişiklikdən sonra onsuz da sürücülük vəsiqəsi yanında olmayan vətəndaşları şifahi qaydada nəzərə alırdılar. Sürücünün şəkildəki şəxslə eyni olduğunu, sürücülük vəsiqəsinin müddətinin bitmədiyini görə bilirdilər. İlkin mərhələdə bəzi yol polisləri güzəşt etmirdi. Amma sonradan Daxili İşlər Nazirliyinin göstərişi ilə bu işlər yoluna düşdü".

Bəs sözügedən sistemə tamamilə keçid üçün neçə il lazımdır?
E.Muradlı qeyd edib ki, bu, özəl sektorun dövlət müəssisələri ilə bərabər addımlamasından asılıdır: "Gərək onlar da vahid sistemə daxil olaraq müdaxilə etməsələr də, məlumatları görə bilsinlər. Amma bu keçid tam reallaşsa da, kağız daşıyıcı zəruridir. Kağız daşıyıcıdan imtina edən ölkələr üçün də bu, yalnız ölkə daxilində keçərlidir. Vətəndaş Azərbaycanı tərk edirsə, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi əlində olmalıdır. Sistem tam şəkildə tətbiq olunsa Gəncə, Bakı, Daşkəsən və digər ərazilərdə elektron yolla məlumatları müəyyənləşdirmək mümkün olacaq. Amma Gürcüstandakı bort kompüter bizim sistemi görmür".
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA










