Ərdoğan: “2023-cü ildə Aya eniş edəcəyik”

Ankarada Miili Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi keçirilib.
Mərasimə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Dövlət başçısı çıxışında bildirib ki, bu gün əsrlər boyu yer üzündə ədaləti, əxlaqı və sülhü təmsil edən türk mədəniyətinin səma yoluna qapısı açılır.
“İlk yerli və milli peykimiz İmecenin inteqrasiya işləri tamamlanıb, hazırda sınaqlar keçirilir. Göktürk-3 peykinə gəlincə, onun sayəsində hava şəraitindən asılı olmayaraq, gecə və gündüz yüksək dəqiqlikli görüntü əldə edə biləcəyik.
Yaxın zamanda türk mühəndislərinin yazdığı proqramlarla təhlükəsizliyimizi tamamilə təmin edə biləcəyik. Zaman göstərdi ki, vaxtında pilotsuz uçuş aparatları istehsalına sərmayə yatırmaqla oyunu dəyişdirən tərəfdə yer almağı bacardıq.
Bəşəriyyətin bir qisminin deyil, hamının sülh və əminamanlıq içində yaşamasını təmin etmək üçün yenidən mədəniyyətimizi dirçəltmək məcburiyyətindəyik. Bu isə ilk növbədə Türkiyənin kosmik yarışda qət edə biləcəyi məsafədən asılıdır. Təkcə özümüz üçün deyil, sıxışdırılmış, faşizm və cinayətkar şəbəkələrin ümidinə buraxıılmış qərbli qardaşlarımız üçün də bunu etməyə məcburuq”, - deyə Ərdoğan bildirib.
Prezident Türkiyənin 2023-cü ildə yerli istehsal hibrid roketlə Aya sərt eniş edəcəyini də bəyan edib.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












