Ermənistan "Laçın dəhlizi"nə alternativ yolu yanvarda istifadəyə verəcək

Laçın dəhlizinə alternativ çəkilən Xankəndi-Gorus yolunun Ermənistana düşən hissəsinin tikintisi davam etdirilir.
Avtosfer.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, tikinti işləri avqustda başlayıb. Bildirilir ki, Qarabağı Ermənistanla birləşdirən yeni yolun tikintisi üç şirkət tərəfindən həyata keçirilir.
“İşlərin nəzərdə tutulan müddətdə yekunlaşacağı və yanvar ayından yeni yolun istifadəyə veriləcəyi deyilir”, - məlumatda bildirilib.
Qeyd edilib ki, köhnə yoldakı elektrik xətti və internet kabelləri artıq yeni yola köçürülüb.
“Qaz kəməri üçün isə böyük vəsait tələb olunur, ona görə də bu məsələ hələ də gündəmdədir və qaz təchizatı keçmişdə olduğu kimi köhnə yolla həyata keçirilir”.
Ermənilər qaz xəttinin Rusiya sülhməramlılarının nəzarətində olan təzə yola köçürülməməsindən narahatdırlar. Onlar bildirilər ki, “Fərrux hadisələri” zamanı olduğu kimi Azərbaycan hər an Xankəndiyə verilən qazı dayandıra bilər, qarşıdan isə soyuq qış gözlənilir.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılmışdı. Yolun ümumi uzunluğu 32 km təşkil edir, bundan 10 km Ermənistan ərazisində yerləşir.
Azərbaycan tərəfi yolun öz ərazisinə düşən 22 km-lik hissəsini avqustun sonunda tikib qurtarıb. Ermənistan isə bu məsələdə ləngiyib.
Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır.
Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir… Bu yola Rusiya sülhməramlıları nəzarət edir.
Modern.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












