Fevral ayında dəm qazından zəhərlənənlərin sayı açıqlandı - RƏSMİ

Fevral ayının ilk 10 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı 26 müraciət olub.
Bu barədə Avtosfer.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
Həkim bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 14 nəfəri stasionar müalicəyə götürülüb:
“Dəm qazından zəhərlənən 14 nəfərdən dördü azyaşlı olub. Bundan başqa Toksikologiya Şöbəsinə sirkə turşusundan zəhərlənən üç nəfər qəbul olunub. Təəssüf ki, onlardan birinin vəziyyəti hələ də ağırdır. Dərman zəhərlənməsi ilə 12 nəfər müraciət edib, onlardan ikisi azyaşlı olmaqla doqquz nəfər şöbəyə qəbul olunub.
Daha altı nəfər isə sərxoş halda mərkəzə müraciət edib. Onlara da həkimlər tərəfindən məsləhət verilərək evə yola salınıb”.
Həkim fevralın ilk 10 günündə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilən xəstələr arasında ölüm halının qeydə alınmadığını qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












