FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu başa vurub

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə növbəti kursu müvəffəqiyyətlə başa vurublar.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, kursda Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş kursun təşkilində məqsəd əməkdaşların ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Yanvar ayının 6-dan fevralın 4-dək davam edən kursun sonunda FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib. FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimetmə mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər məsul şəxslər iştirak ediblər.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












