Gədəbəydə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs cari il yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2 000 manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 ədəd çətənə toxumu, 1 ədəd tərəzi, 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar aparılır.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












