Gəncədə “İska” və “Emoş” ləqəbli avtoritetlər tutulub

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş “Emoş” ləqəbli Emil Rzayev idarə etdiyi avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, E. Rzayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan naqan tipli odlu silah, onun üzərindən isə 1,16 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Bundan başqa, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları isə kriminal aləmin üzvü olan şəhər sakini, 43 yaşlı “İska” ləqəbli İsmayıl İrzayevi saxlayıb. İ. İrzayevin üzərinə baxış keçirilən zaman ondan 1,88 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Baxış zamanı evdən narkotik vasitə ilə yanaşı odlu silah da aşkar edilib. Ömrünün 14 ilini dəmir barmaqlıqlar arasında keçirən və kriminal aləmdə “İska” ləqəbi ilə tanın İsmayıl İrzayev narkotik istifadəçisi olduğunu, həmin heroini də bir neçə ay əvvəl Bakı şəhərindən aldığını etiraf edib. İsmayıl İrzayevin üzərindən və evindən aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırma aparılır.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












