Gəncədə yeni asfalt örtüyü vurulan küçələrə baxış keçirilib - FOTO

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqla yanaşı, ölkəmizin bütün regionlarında olduğu kimi, Gəncə şəhərində də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
Gəncə şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a verilən xəbərə görə, Gəncənin küçə və prospektlərində aparılan abadlıq-quruculuq habelə əsaslı təmir işləri, yeni müasir işıq dirəklərinin quraşdırılması bu diqqət və qayğının əyani sübutudur. Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov asfalt örtüyü əsaslı təmir edilmiş bir neçə küçədə o cümlədən Z.Bünyadov (keçmiş İ.Krılov) küçəsində olub. Şəhər rəhbərinə bildirilib ki, abadlıq-quruculuq işləri çərçivəsində küçələrdə köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunub, asfalt olmayan hissələrə, eyni zamanda səkilərə asfalt örtüyü salınıb, yeni səki daşları quraşdırılıb. Görülən işlərlə yerində tanış olan Niyazi Bayramov hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Asfaltlanma işləri küçə sakinləri tərəfindən də minnətdarlıqla qarşılanıb və bütün bu işlərə görə Möhtərəm Prezident cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA















