Gömrük Akademiyasında tədbir keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov qonaqları salamlayaraq xalqımızın öz milli–mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçdiyini, ölkə rəhbərliyi tərəfindən xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirildiyini bildirib.
"Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin önəmindən söz açaraq bildirib ki, hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.
Daha sonra “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi idarə heyətinin üzvü Günay Hacıyeva layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
“İslamda gənclik və mənəvi dəyərlər” mövzusunda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov İslam dinində gəncliyin önəmi, mənəvi dəyərlər və gənclik mövzusunda mühüm bilgiləri vurğulayıb.
DİNİB-in İdarə heyətinin üzvü Dr. Aydın Talışinski çıxış edərək Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən DİNİB-in İdarə Heyətinin üzvü Vidadi Məmmədov tarixin süzgəcindən keçmiş milli-mənəvi dəyərlərimizin qloballaşma dövründə qorunub saxlanılmasının hər bir azərbaycanlının mənəvi borcu və vəzifəsi olduğunu qeyd edib.
Tədbirdən sonra qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.













İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı










