Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır

Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb və ölkəyə giriş rejimini də sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala (1Tv.ge) müsahibəsində deyib.
Onun sözlərinə görə, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin bunu mərhələli şəkildə həyata keçirmək lazımdır.
Nazir deyib: "Biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına ona riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq".
Qeyd edək ki, Gürcüstanda son günlər COVID-19 virusuna yoluxmada azalma müşahidə olunur.
Son həftədə yoluxma əhalinin 3,64 faizini təşkil edib.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












