Gürcüstandan Azərbaycana gətirilən toyuqlarda salmonella aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentlikdən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində bir neçə istehsal tarixiləri ilə daxil olan məhsul partiyalarında (12.10.2020 və 03.10.2020 istehsal tarixli, ümumi çəkisi 3.07 ton) salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Qeyd edək ki, 2020-ci il ərzində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus müxtəlif çəkidə dondurulmuş toyuq məhsullarında da salmonella patogen mikroorqanizmləri aşkarlanmış və Agentlik tərəfindən məhsulların satışına qadağa tətbiq edilmiş, bununla bağlı Gürcüstanın Milli Qida Agentliyinə məlumat təqdim edilmişdir. Gürcüstanın Milli Qida Agentliyindən “Chirina” LTD şirkətinin rəsmi nəzarətə götürüldüyü, sağlamlaşdırıcı tədbirlərin görüldüyü barədə AQTA-ya zəmanət məktubu təqdim edilmiş və həmin məlumat əsasında yenidən sözügedən şirkətə məxsus dondurulmuş toyuq məhsullarının idxalına icazə verilmişdir. Lakin həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı növbəti dəfə Gürcüstan Respublikasından ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkar edilib.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
AQTA bir daha sahibkarları diqqətli olmağa, ölkəyə qida məhsullarının idxalı zamanı idxal tələblərini nəzərə almağa və normativ hüquqi aktların tələblərinə uyğun məhsulların idxalını həyata keçirməyə çağırır.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












