"Hər sürücülük vəsiqəsi olan taksi sürməməlidir" - Deputat

"Neçə dəfə olub ki, taksidən yarı yolda düşmüşəm. Çünki, sürücüyə baxırsan elə bil haradan gəlib".
Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı baku.ws-ə açıqlamasında söyləyib. Deputat bildirib ki, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinə nəzarət olmalıdır:
"Bəzən mətbuatda oxuyuram, görürəm yazırlar ki, ölkədə taksi şirkətlərinin sayını azaltmaq lazımdır, çünki onlar sıxlıq yaradır. Mən bunun tərəfdarı deyiləm. Say azaldılsa, taksi xidmətinin qiyməti qalxacaq. Təklif edirəm ki, taksi şirkətləri üzərində nəzarət güclənsin. Sürücülərin təcrübəsi, mədəniyyəti və məsuliyəti yoxlanılsın".
M.İbrahimqızı onu da vurğuladı ki, hər sürücülük vəsiqəsi olan adam taksi sürməməlidir. Çünki bəzi insanlar şəxsi avtomobillərini ictimai nəqliyyat vasitəsi kimi istifadə edirlər:
"Xidməti maşının yoxdur deyə, tez-tez taksidən istifadə edirəm. Çünki sürücüyə baxırsan üstü-başı, geyimi və maşını səliqəsizdir. İçəridən pis qoxu gəlir. Ona görə taksi çağıranda xahiş edirəm ki, komfortlu olsun".
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












