Hərbçilərdən rüşvət alıb hospitala göndərən hərbi həkim həbs olunub

Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub.
Avtosfer.az-ın əldə etdiyi xəbərə görə, hərbi hissəsinin tibb məntəqəsində həkim işləyən Vəli Quliyev müxtəlif vaxtlarda hərbi qulluqçulardan pul alaraq onları müalicə adı ilə hospitala göndərib.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub.
Vəli Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.
apa
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












