Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdakı qalibiyyətdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin perspektivini şərh edib.
Avtosfer.az-ın xəbərinə görə, H.Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib ki, Vətən müharibəsi bütün regionun geniş mənada geosiyasətini dəyişdirdi.
O bildirib ki, əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəzifələr durur.
“Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Türkiyə bölgədə əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var”, - deyə H.Hacıyev əlavə edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib.
Prezidentin köməkçisi qeyd edib ki, vaxtı ilə bir çox skeptiklər Azərbaycanın və Türkiyənin birgə layihələrinin reallaşacağına inanmırdı.
O, Azərbaycan-Türkiyə əlaqələrinin Gürcüstanın inkişafına müsbət təsirini də vurğulayıb, gələcəkdə Ermənistanın da tranzit ölkəyə çevrilə bilmək ehtimalından söz açıb.
“Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












