İcra Hakimiyyətindən şəhidlərin başdaşı ilə bağlı açıqlama - FOTO

Bir neçə gün əvvəl saytımızda Beyləqan rayon Əhmədli kəndindən olan 3 şəhidin başdaşının hələ də qoyulmamasıyla bağlı müraciət işıqlandırılmışdı.
Sözügedən məsələylə bağlı icra başçısının müavini Yeganə Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, icra başçısı tərəfindən hər 3 ailəyə ümumilikdə ilkin olaraq 2100 manat məbləğində ödəniş edilib: “Bəzi kəndlərimizdə yarımçıq başdaşları hələ də var. Problem ustaların azlığındadır. Vətən müharibəsində Beyləqan rayonu 136 şəhid verib. Ona görə də ustalar çatdırıb düzəldə bilmirlər. Məsələ başçının nəzarətindədir. İlkin ödəniş verilib, başdaşı hazır olanda da əlavə ödəniş ediləcək”.
Xatırladaq ki, Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kənd sakinləri Orxan Quliyev, Aqil Hüseynov və Fərid Vəliyevin başdaşları hələ qoyulmayıb. Ailələr də başdaşlarının qoyulmamasından gileylənirdilər.

İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












