"Jaquar"dan 3 kq.-dan çox narkotik çıxdı

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi "Jaquar" markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin tapılıb.
Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şonqar qəsəbə sakini, əvvəllər məhkum olunmuş D.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram heroin aşkar edilib.
Bundan başqa, Pirallahı polisi tərəfindən keçirilən əməliyyatla rayon sakini, əvvəllər məhkum olunmuş Q.Şərifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Q.Şərifovun evinə baxış zamanı isə 2 kiloqram 100 qram heroin və 2 kiloqram 130 qram müəyyən edilərək götürülüb.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












