Karqo şirkəti müştəriləri mesaj vasitəsilə təhqir edərək "tərəvəz"ə bənzətdi

Məlum olduğu kimi, ötən günlərdə Türkiyə, ABŞ və Almaniyadan sifarişlərin Azərbaycana çatdırılma xidməti “Expargo”nun müştərilərinə qeyr-etik mesaj göndərilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sözügedən xidmətin Feysbuk səhifəsində məlumat paylaşılıb.
Paylaşımda qeyd olunub ki, sayta edilən haker hücumu görə, “Expargo” əleyhinə olan bu cinayətlə bağlı Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğa aidiyyəti üzrə müraciət ediləcək.
Eyni zamanda, şəxsi məlumatlarına görə, narahat olan müştərilərə də şirkət tərəfindən açıqlama verilib: “Hücum sadəcə bir operatorun kompüterinə olunub və sözügedən SMS göndərilib. Operatorlara saytda icazə verilən funksiyalar limitlidir. Serverə heç bir müdaxilə olunmayıb, məlumatlarınız bizimlə tam təhlükəsiz qorunur. Ödəniş prosesini isə saytımızla yox, əlaqələndirici şirkətlə etdiyiniz üçün heç bir kart məlumatları bazamızda saxlanılmır və sizin məlumatınız olmadan heç bir əməliyyat aparıla bilməz. Qeyd edək ki, təhlükəsizlik məqsədilə saytımızda 3D Secure SMS xidməti aktiv olmayan kartlar ilə ödəniş qəbul edilmir. Yəni, sizin xəbəriniz olmadan heç bir halda kartınıza müdaxilə edilə bilməz. Hücuma cəhd edən şəxslər hal-hazırda polis bölməsində sorğudadır, prosesi yaxından izləyirik, yaranan narahatlığa görə təqsirkarlar adından birdaha üzr istəyirik”.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












