Könüllülər pandemiya ilə mübarizədə fəaliyyətlərini gücləndirirlər - FOTO

Azərbaycan könüllüləri ölkədə karantin rejiminin yumşaldılması ilə əlaqədar xəstəliyin yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək, eləcə də koronavirus (COVID-19) ilə mübarizədə yorulmadan fəaliyyət göstərən polis əməkdaşlarına dəstək məqsədilə “Bir-birimizi qoruyaq!” kampaniyasına yenidən start veriblər.
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Bakı şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən kampaniya çərçivəsində könüllülər polis əməkdaşları ilə birlikdə insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin təmin olunması, maskadan düzgün istifadə və pandemiya dövründə davranış qaydaları haqqında ictimai maarifləndirmə işləri aparıb, eləcə də vətəndaşlara qoruyucu tibbi ləvazimatlar, üzərində təbliğat və təşviqat yazıları əks olunmuş bukletlər paylayıblar.
Kampaniyanın 12 fevral tarixinə qədər davam etməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan könüllüləri bundan öncə də pandemiya ilə mübarizə və vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilən “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq!”, “Könüllü Donor”, “Gələcəyimizi qoruyaq!” kimi sosial layihələrin və yardım kampaniyalarının həyata keçirilməsində yaxından iştirak ediblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












