Koronavirusdan daha çox ölən peşə sahibləri

İngiltərə Milli Statistika İdarəsinin araşdırmasına görə, 60 yaşadək işləyən kişilər arasında koronavirusdan ölüm halı qadınlardan iki dəfə çoxdur.
Avtosfer.az xəbər verir ki, ingilis sosioloqlarının araşdırmalarına görə, keçən il 9 martdan bəri 20-64 yaş arasında olan 5 mindən çox kişi COVID-19-dan vəfat edib.
Xadimələr, yük maşını sürücüləri, mühafizəçilər, fabrik işçiləri, santexniklər, dam örtüyü ustaları, rəngsazlar, inşaat işçiləri və elektrik ustaları daha çox risk altında olub.
Qadınlara gəldikdə, fabriklərdə çalışan xanımlar və tibb bacıları arasında COVID-19-a yoluxanlar daha çox olub.
Taksi və avtobus sürücüləri, aşpazlar və dükan işçiləri də risk altındadır. Özünü təcrid edən digər peşə sahibləri isə infeksiyadan daha az əziyyət çəkib.
Sosioloqlar pandemiyanın mərkəzində olan həkim və tibb bacılarına xüsusi yer ayırıb. Son bir ildə tibb işçiləri arasında ölüm nisbəti əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə artıb.
Mütəxəssislər xüsusilə Britaniya ştammı adlanan yeni koronavirus növündən narahatdırlar. İngiltərə Səhiyyə naziri Mett Henkokun sözlərinə görə, o, aşağı ixtisaslı işçilər üçün daha çox təhlükə yaradır, onlar arasında ölüm halları yüksək ixtisaslı işçilərə nisbətən daha çoxdur. (publika.az)
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












