Koronavirusu dünyaya yayan Çin nə qədər qoruyucu maska satıb?
Xəbərlər
29 Yanvar 2021 18:27

Çin 2020-ci ildə 200-dən çox ölkəyə 220 milyarddan çox qoruyucu maska satıb.
Bu barədə “İnterfaks” xəbər yayıb.
Bildirilir ki, ölkədən həmçinin 2.3 milyard qoruyucu kostyum və bir milyard reaktiv test dəsti ixrac edilib.
Çinin Ticarət nazirinin müavini Tsyan Keminin sözlərinə görə, ölkə epidemiya əleyhinə dərmanların ən böyük ixracatçısı kimi üstünlüklərini fəal şəkildə inkişaf etdirib.
2020-ci ildə Çin iqtisadiyyatı 2,3 faiz böyüyüb. Halbuki, ölkədə iqtisadi artım son qırx ildə minimal göstərici təşkil edib.
Bununla yanaşı Çin ehtimal ki, böyük dövlətlər arasında koronavirus pandemiyası fonunda iqtisadi artım göstərən yeganə ölkədir.
Misal olaraq qeyd edək ki, ABŞ-da 2020-ci il üçün ÜDM-i (Ümumi Daxili Məhsul) 3,5 faiz azalıb, bu isə 1946-cı ildən bəri ən zəif göstəricidir.
Oxunub : 1642
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
ŞƏRH YAZ












