Krım körpüsünü partladan yük maşını Ermənistanda gömrükdən necə keçib?

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Krım körpüsünü partladan yük maşınının Ermənistanda gömrük rəsmiləşdirilməsindən keçdiyini bildirib. Bu iş üzrə 8 nəfər həbs edilib. Cinayətdə iştirak edən 5 Rusiya, 3 Ukrayna və 3 Ermənistan vətəndaşı saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiya Ermənistanın “hraparak.am” saytında yerləşdirilib.
Müstəntiqlər iddia edirlər ki, Bolqarıstandan Poti limanına, oradan isə Ermənistana yükün daşınmasını Ukrayna Baş Kəşfiyyat İdarəsi və onun rəhbəri Kirill Budanov təşkil edib.
Mənbə xatırladır ki, 2022-ci il sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanın “Transalliance” terminalında yük Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına uyğun olaraq gömrük rəsmiləşdirilməsindən keçib.
Rusiya xüsusi xidmətinin məlumatında deyilir ki, göndərən “Gu ARJ Group” MMC (Alaverdi, Ermənistan), alan isə “Lider” MMC (Moskva) olub.
Daha sonra yük oktyabrın 4-də Gürcüstan qeydiyyatında olan “DAF” markalı yük avtomobili ilə “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədinə gəlib, oktyabrın 6-da isə sərhədi keçib və Krasnodar diayrında Armavir topdansatış bazasında boşaldılıb.
Ermənistan Prokurorluğu bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cinayət işinin başlanması məqsədi ilə Rusiya İstintaq İdarəsinə məktub göndərib.
Ermənistanın Dövlət Gəlirləri Komitəsi də Ermənistandan çıxarkən yükdə təhlükəli heç bir şeyin aşkar edilmədiyini bildirən bəyanat yayıb:
“Ermənistanda bomba yük maşınına yerləşdirilməyib. Yuxarıda qeyd olunan yüklərin Ermənistan Respublikasına daxil olması, gömrük nəzarəti, rentgen müayinəsi, gömrük rəsmiləşdirilməsi, sənədləşmə işləri, ixrac prosesləri lazımi qaydada və qanuni şəkildə həyata keçirilib, fiziki rentgen müayinəsi zamanı risk faktorları aşkar edilməyib”.
Bu hadisədən sonra “Yuxarı Lars”da erməni yüklərinin daha ciddi yoxlanıldığı barədə məlumatlar var.
Bu da erməni ixracatçılarına əlavə problemlər yaradır. Artıq dünən keçid məntəqəsindən bildirilib ki, Ermənistandan yük daşıyan maşınlar rentgen də daxil olmaqla hərtərəfli yoxlamadan keçir və bu baxımdan keçid məntəqəsində uzun növbə yaranıb.
Səbəb Krım körpüsü ilə bağlı açılan cinayət işidir. Həm də gömrükçülər silah ötürülməsinin qarşısını almağa çalışırlar.
Bizim.Media
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












