Lənkəranda koronavirusdan ölən şəxsə 40 mərasimi keçirənlər cərimələnib

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini S. Qasımovanın karantin rejimi qaydalarını pozaraq COVID-19 infeksiyasından vəfat edən həyat yoldaşına 50 nəfərlik 40 mərasimi təşkil etməsi müəyyən edilib.
Həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












