Lukaşenko Belarus istehsalı olan dronlara baxış keçirdi: “Bu, fəlakətdir” - FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko Brest vilayətindəki Obuz-Lesnovski hərbi poliqonuna baş çəkib.
Burada “Qoskomvoenprom” şirkətinin əməkdaşları ona Belarusda istehsal olunan pilotsuz uçuş aparatlarını və digər “perspektivli işləri” nümayiş etdiriblər.
Səfərlə bağlı məlumatı “BELTA” nəşri və Lukaşenkonun “Telegram” kanalı “Pul pervoqo” paylaşıb.
Lukaşenko “Mirotvores” pilotsuz təyyarəsinə və digər avadanlıqlara baxış keçirib. O, “Qoskomvoenprom”un işçilərindən birinə müraciət edərək narazılıq bildirib.
“Sən axı boş yerə nümunəni bir nüsxədə göstərmirsən? Hər hansı bir nümunə indi cəbhədədir – onlar döyüşür? Allah eləməsin, mənə xəbər etsinlər ki, sən burada özünü göstərməklə məşğul olmusan - bu, fəlakətdir”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, dronlar onları almağa razı olan ölkələrə tədarük olunacaq. Bununla belə Lukaşenko Belarus istehsalı olan pilotsuz təyyarələrin Ukraynada olmasını “arzuolunmaz” adlandırıb.
“Kim alırsa, biz ona da satacağıq. Təbii ki, nümunələrimizin Ukraynada döyüşməsi arzuolunmazdır: necə də olsa, orada özümüzünkülərdir”, - deyə o əlavə edib.
Mənbə: UNİAN
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











