Məktəblilərlə bağlı yeni narahatlıq yarandı – 48 saat qaydası…

Məktəblilərin kütləvi şəkildə özlərini pis hiss etməsi və ilkin ehtimal kimi qida zəhərlənməsinin göstərilməsi təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması məsələsini yenidən gündəmə gətirib. Ceyranbatan qəsəbəsindəki 2 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı sonradan rotavirus infeksiyasına yoluxma ehtimalı açıqlanıb, popkorndan zəhərlənmə faktı isə təsdiqlənməyib.
Rotavirus infeksiyasının əsas əlamətləri hansılardır, uşaqlarda xəstəlik hansı ağırlaşmalara səbəb ola bilər? Belə yoluxma hallarının qarşısını almaq üçün valideynlər və təhsil müəssisələri nələrə diqqət etməlidirlər?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, rotavirus xüsusilə 5 yaşadək uşaqlar arasında geniş yayılan, yüksək yoluxuculuğa malik virus infeksiyasıdır:
“Əsas əlamətləri qəfil başlayan qusma, sulu ishal, hərarət, qarın ağrısı, iştahasızlıq və halsızlıqdır. Əlamətlər adətən yoluxmadan 1-3 gün sonra başlayır və 3-8 gün davam edir. Xəstəliyin ən ciddi ağırlaşması orqanizmin susuzlaşmasıdır. Davamlı qusma və ishal nəticəsində maye-elektrolit balansı pozulur, ağız quruluğu, sidik ifrazının azalması, güclü halsızlıq müşahidə oluna bilər. Ağır hallarda böyrək funksiyasının pozulması və həyati təhlükəli vəziyyətlər yaranır. Xüsusilə azyaşlı uşaqlarda susuzlaşma sürətlə inkişaf etdiyindən maye itkisinin vaxtında bərpası və təhlükəli əlamətlərin erkən aşkarlanması olduqca vacibdir”.
Terapevt bildirib ki, yoluxmanın qarşısının alınmasında gigiyena qaydalarına riayət olunması mühüm əhəmiyyət daşıyır:
“Uşaqların əllərini sabunla mütəmadi yuması, bağça və məktəblərdə oyuncaqların, ümumi istifadə olunan səthlərin, sanitar qovşaqların dezinfeksiyası vacibdir. Qusma və ishal əlamətləri olan uşaqlar kollektivə göndərilməməli, simptomlar bitdikdən sonra ən azı 48 saat evdə saxlanılmalıdır”.
Sürücülər buna görə 50 manat cərimə olunacaq - Yeni Qayda
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?












