Millət vəkili: “İdman zalları mütləq açılmalıdır”

“Koronavirusa yoluxanların sayında azalmaların olduğunu nəzərə alaraq trenajor, üzgüçülük və fitnes zallarını açmaq olar”.
Bu sözləri Azxeber.com-a açıqlamasında millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzv Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, idman zallarının açılması prosesi mərhələli şəkildə həyata keçirilməlidir:
“Mütləq şəkildə idman zallarını hansısa bir formada olsa da, açmalıyıq. Çünki insanların sağlamlığı önəmlidir. Təbii ki, bu proses müəyyən çərçivədə olmalıdır. Məsələn, güləş, sambo, cüdo kimi idman növlərində iki nəfər yaxın təmasda mübarizə aparır. Təklif edirəm ki, bu problemi aradan qaldırmaq üçün güləşçi həmkarı ilə deyil, yumşaq materialdan olan maskatla məşq etsin. Bu da heç bir yoluxmaya səbəb olmayacaq. Əlbəttə ki, məşqlər zamanı gigeyena qaydalarına riayət olunmalıdır.
Hesab edirəm ki, trenajor zalları və hovuzlarda müəyyən gigeyena tələblərinə əməl etməklə onların da fəaliyyətini bərpa etmək olar. Çünki zalları uzun müddət bağlı saxlamaq düzgün deyil.
Futbol isə açıq havada keçirildiyi üçün elə də narahatlığa səbəb olmur. Hazırda da ölkədə futbolla bağlı yarışlar gedir”.
Deputat xaricdəki təcrübədən bəhrələnərək üzgüçülük və fitnes zallarının da bərpasının mümkün olduğunu qeyd edib:
“İnsanların əksəriyyəti üzgüçülük və fitnes idman növlərinə müraciət edirlər. Artıq xaricdə bu sahələrlə bağlı müəyyən qaydalar var. Məhz bu idman növləri ilə bağlı xaricdəki təcrübədən bəhrələnə bilərik. Yəni xaricdə idmançıların və ya digər şəxslərin zallarda məşqinə hansı şəkildə icazə verilir.
Hazırda yoluxma ilə bağlı rəqəmlərdə də azalmalar var. Bütün sahələrdə yumşaldılmalara gedilir. Üzgüçülük sahəsində də müəyyən qaydalar çərçivəsində gigeyana qaydalarına əməl etmək şərtilə zalları açmaq olar. Təbii ki, buu proseslərin birlikdə baş verməsi mümkün deyil. Hətta məktəblər də mərhələli şəkildə bərpa olunur.
İlk növbədə peşəkar idmançılar üçün idman zallarını açmaq mümkündür. Çünki onlar idmandan uzaqda qalırlar. Daha sonra qeyri-peşəkar şəxslər üçün fitnes zallarını bərpa edə bilərik”.
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA










