“MilliÖN”dən əlavə 1 manat ödənişi ilə bağlı daha bir - Açıqlama

“MilliÖN” ödəmə terminalları elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara aydınlıq gətirib.
Bildirilib ki, fevralın 10-dan etibarən “MilliÖN” ödəniş terminalları şəbəkəsində “Azərişıq” ASC-nin qeyri-əhali abunəçi qrupu üzrə elektrik enerjisi sərfiyyatı ödənişi məbləğdən əlavə olaraq 1 AZN ödəniş xidmət haqqı tətbiq edilir:
“Əlavə olaraq vurğulayırıq ki, bu qrupa kafe, restoran, mağaza, fabrik, zavod və s. tipli istehsal, kommersiya, xidmət və s. təyinatlı obyektlər aiddir.
Əhalinin qrupu üzrə elektrik enerjisi sərfiyyatına görə ödənişlərdən isə, əvvəllər olduğu kimi, heç bir xidmət haqqı tutulmur. Əhali qrupu ödənişləri əvvəlki qaydada, heç bir əlavə komissiya olmadan davam etdirilə bilər”.
Əlavə olunub ki, xidmət haqqı “Azərişıq” ASC tərəfindən deyil, “MilliÖN tərəfindən tətbiq edilir.
Xatırladaq ki, “MilliÖN” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Azərişıq” ödənişlərində qeyri-əhali müştərilərindən borcdan əlavə 1 AZN tutulacağını bildirmişdi: “Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul olunub”.
“Azərişıq” ASC-dən isə qeyd olunmuşdu ki, istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb edilmir./qafqazinfo
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












