Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə- heroin götürülüb. Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib. Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












