Narkotik vasitəyə görə tutuldu, oğru olduğu ortaya çıxdı - FOTO

Narkotik vasitə ilə saxlanılan Masallı sakinin oğurluq əməllərinin də üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini Rövşən Atakişiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun iki oğurluq əməlinin də üstü açılıb. Belə ki, R.Atakişiyevin Masallı şəhəri ərazisindəki çay evlərindən birindən 1000 manat dəyərində 2 ədəd samovar, Musaküçə kəndindən isə bir ədəd iribuynuzlu heyvan oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












