NASA fəzaya teleskop göndərəcək

ABŞ Milli Aeronavtika və Fəza Agentliyi (NASA) ilə fəza avadanlığı istehsal edən “Space X” şirkəti arasında fəzada astrofizika tədqiqat missiyasına dair müqavilə imzalanıb.
Avtosfer.az xəbər verir ki, NASA-nın açıqlamasına görə, “Kainatın tarixi”, “Yenidən ionlaşma dövrü”, “Buz tədqiqatçısı” adlı bölümlərdən ibarət proqramın məqsədi dünyanın yaranması və qalaktikaların inkişafına dair suallara cavab tapmaqdır.
Bunun üçün fəzaya çıxarılacaq “Sperex” adlı teleskop vasitəsilə ulduzların, habelə ulduzlar ətrafında yeni planetlərin yaranacağı qaz və toz kütləsindən əmələ gəldiyi sahələrdə su və orqanik molekullar axtarılacaq. Bu axtarışlar zamanı 300 milyondan artıq qalaktika, habelə bizi də əhatə edən Süd Yolu (Saman Yolu) qalaktikasında 100 milyondan artıq ulduza dair məlumat toplamaq mümkün olacaq.
2024-cü ilin iyun ayında başa çatması nəzərdə tutulan və 98,8 milyon ABŞ dollarına başa gələcəyi bildirilən layihə çərçivəsində teleskopu daşıyan fəza cihazı kaliforniyadakı Vandenberq hərbi bazasından “Falcon 9” daşıyıcı raket vasitəsilə uçurulacaq.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












