NASA İlon Maskın şirkəti ilə müqavilə imzaladı

ABŞ Milli Aeronavtika və Fəza Agentliyi (NASA) ilə milyarder İlon Maskın kosmos avadanlığı istehsal edən "Space X" şirkəti arasında fəzada astrofizika tədqiqat missiyasına dair müqavilə imzalanıb.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, NASA-nın açıqlamasına görə, "Kainatın tarixi", "Yenidən ionlaşma dövrü", "Buz tədqiqatçısı" adlı bölümlərdən ibarət proqramın məqsədi dünyanın yaranması və qalaktikaların inkişafına dair suallara cavab tapmaqdır.
Bunun üçün fəzaya çıxarılacaq "Sperex" adlı teleskop vasitəsilə ulduzların, habelə ulduzlar ətrafında yeni planetlərin yaranacağı qaz və toz kütləsindən əmələ gəldiyi sahələrdə su və orqanik molekullar axtarılacaq. Bu axtarışlar zamanı 300 milyondan artıq qalaktika, habelə bizi də əhatə edən Süd Yolu (Saman Yolu) qalaktikasında 100 milyondan artıq ulduza dair məlumat toplamaq mümkün olacaq.
2024-cü ilin iyun ayında başa çatması nəzərdə tutulan və 98,8 milyon ABŞ dollarına başa gələcəyi bildirilən layihə çərçivəsində teleskopu daşıyan fəza cihazı kaliforniyadakı Vandenberq hərbi bazasından "Falcon 9" daşıyıcı raket vasitəsilə uçurulacaq.
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










