Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb - VİDEO - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinə uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris ilinə start verilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yeni tədris ilinin ilk həftəsi ənənəvi olaraq birləşmə və hərbi hissələrdə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi və müxtəlif variantlar üzrə məşq etdirilməsi ilə başlayıb.
Naxçıvan Qarnizonunda qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə yaradılmış koordinasiya qrupu xəbərdaretmə və məlumat mübadiləsində çevikliyin təmin edilməsi, daxil olmuş əməliyyat məlumatlarının qəbulu, təhlili, operativ analizi və hər bir siqnal üzrə yerinə yetirilən fəaliyyətlərin alqoritminin müzakirəsi və təkmilləşdirilməsi məqsədi ilə qoşunlarda olub. Birləşmə və hissələrin fəaliyyətinə nəzarət edən koordinasiya qrupu mövcud problemləri qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün birləşmə və hərbi hissə komandirləri ilə tapşırıqlar yerindəcə dəqiqləşdirilib.
Qarnizonun döyüş hesabatına uyğun olaraq qoşunların xəbərdar edilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.

1 / 5





İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












