"Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar”

Sosial şəbəkələrdə 4 aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlunun komadan ayılması ilə bağlı məlumatlar yayılıb. Onun ötən gün müalicə aldığı xəstəxanada gözlərini açdığı bildirilirdi.
“Qafqazinfo” qazinin anası Aygün İsmayılzadə ilə əlaqə saxlayıb. O, oğlunun hələ də komada olduğunu və vəziyyətinin ağır olaraq qaldığını bildirib.
Ananın sözlərinə görə, həkimlər qazinin vəziyyətində yaxşılığa doğru dönüşün olmadığını bildirirlər:
“Dünən Tacəddinin yanında olmuşam, vəziyyəti çox kritikdir. Həkimlər deyirlər ki, vəziyyətinin geridönüşü yoxdur. Düzdür, deyirlər beyinin fəaliyyəti dayanıb, amma o gün öpürəm, gözündən yaş gəlir. Deməli nəsə hiss edir, yaşamaq ümidi var. Amma həkimlər vəziyyətinin kritik olduğunu deyirlər. Artıq 126 gündür ki, komadadır. Həmişə başına kateter qoyurdular, indi onu da qəbul eləmir. Başında 5 qəlpə, 1 güllə var. Bu vəziyyətdə olan adamın ayılmasını yazıb hisslərimizlə oynayırlar...”
Qazinin anası bildirib ki, oğlunun xaricdə müalicəsinin mümkünlüyü ilə bağlı da onlara heç nə deyilməyib. Müdafiə Nazirliyindən bildirilib ki, nə lazımdırsa, burada xəstəxanada edilir.
24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












