Oğurluğa gedənləri “həyəcan siqnalı” ələ verdi

Son 2 gündə Bakıda iki evdən oğurluğa cəhd edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Analoji hal Sabunçu Rayon Mühafizə İdarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












