Öldürülən polkovnik İrandan Rusiyaya pilotsuz təyyarələr aparırmış

Xəbər verdiyimiz kimi, ötən gün İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü güllələnib.
Avtosfer.az xəbər verir ki, öldürülənlərdən biri də İrandan “Şahed-136” kamikadze pilotsuz uçan aparatlarının Rusiyaya çatdırılmasına və onlardan istifadə təlimatına cavabdeh olan polkovnik Mehdi Mollaşaxidir.
Bildirək ki, qətl oktyabrın 25-də günorta saatlarında İranın Bəlucistan əyalətinin paytaxtı Zahedan şəhərində baş verib.
"KIR zabiti, polkovnik Molaşaxi və Bəsic təşkilatının komandirlərindən biri Cavad Kıx avtomobildə güllələniblər", - deyə KİV-də qeyd olunub.
Onlar həmçinin son on il yarım ərzində İranda hökumət əleyhinə nümayişləri vəhşicəsinə yatırmaqda ittiham olunurlar.
Xatırladaq ki, Rusiya son vaxtlar Ukraynaya hücumlar üçün İranın “Shahed 136” kamikadze pilotsuz təyyarələrindən kütləvi şəkildə istifadə edir.Tehran dəfələrlə pilotsuz təyyarələrin Rusiyaya ötürülməsini təkzib edib. Ağ Ev İranın təkziblərini həqiqətəuyğun hesab etmir.
unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












