Ötən il infrastruktur layihələrə sərf olunan vəsaitin həcmi açıqlanıb

2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4 milyard 751,7 milyon manat vəsait yönəldilib.
Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.
Bildirilir ki, bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 milyon manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 milyon manat vəsait istifadə olunub.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2 milyard 514,4 milyon manat vəsait yönəldilib.
Əlavə olaraq, 2020-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri tam məbləğdə və ya 300 milyon manat icra edilib. Bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına yönəldilib.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 milyon manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunub.
Hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 34,9 milyon manat vəsait sərf edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












