Pandemiyanın hava nəqliyyatında fəsadları açıqlandı

2020-ci ildə dünyada sərnişin daşımalarının həcmi rekord həddə - 65,9 faiz azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında bildirilir.
O cümlədən beynəlxalq hava sərnişin daşımalarının həcmi illik hesabla 75,6 faiz, ölkə daxili daşımaların həcmi isə 48,8 faiz azalıb. 2020-ci ilin dekabr ayında isə həmin azalma müvafiq olaraq 85,3 və 42,9 faiz olub.
“Dekabr ayına dair məlumatlardan göründüyü kimi, hava daşımalarının bərpasında durğunluq yaranıb. Sərnişin dövriyyəsi illik hesabla 69,7 faiz azalıb. Bütövlükdə 2020-ci ildə sərnişinlərin sayı 66 faiz azalıb ki, bunun da hava nəqliyyatı tarixində ən böyük tənəzzül olduğu şəksizdir”, - açıqlamada vurğulanır.
Təşkilatın verdiyi məlumata görə, hava sərnişin daşımalarının həcmi Asiya – Pasifik regionu ölkələrində 80,3 faiz, Latın Amerikası ölkələrində 71,8 faiz, Avropa ölkələrində 73,7 faiz, Afrika ölkələrində 69,8 faiz, Şimali Amerika ölkələrində 75,4 faiz, Yaxın və Orta Şərq ölkələrində isə 72,9 faiz azalıb.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












