Paşinyan hərbçilərin cəsədlərini soyuducularda gizlətdirib - FOTO

Ermənistanın rəhbərliyi İkinci Qarabağ Savaşındakı itkilərinin real
miqyasını hələ də açıqlamır, gerçək tələfatı əks etdirən rəqəmləri gizlədir.
Müstəqil ekspertlərin və İrəvandakı qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, savaşda Ermənistanın ən azı 7 min vətəndaşı həlak olub.
Ermənistanın Müdafiə Nazirliyi isə 44 günlük savaşda 3200 hərbçinin həlak olduğunu israrla bəyan edir.
Halbuki rəqəmlər dəfələrlə artıqdır. Sadəcə, ermənilərin Müdafiə Nazirliyi həlak olanların qalıqlarını ya gizli şəkildə dəfn edir, ya da ən müxtəlif yerlərdə saxlayır.
Ermənistanın Mesamor şəhərindəki morqun yanında saxlanmış refrijiratorlarda Qarabağ savaşında həlak olmuş erməni əsgərlərin və zabitlərin cəsədlərinin qalıqları var.
Soyuducu refrijirator-qoşquların üzərində "Spayka" şirkətinin loqotipi var.
Şirkət bu qoşquların Ermənistanın Müdafiə Nazirliyinə "xidməti istifadə" üçün verildiyini təsdiqləyib.
Beynəlxalq yükdaşımalarla məşğul olan "Spayka" şirkətinin sahibi Davit Kazaryan ötən il baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə həbs olunmuşdu. Şirkət 2 milyard dram məbləğində vəsaiti vergilərdən yayındırmaqla suçlanırdı. Hətta Paşinyanın adamları "Spayka"nı ələ keçirmək istəyirdilər.
D.Kazaryan büdcəyə 1 milyard dram ödəyib 3 ay həbsdə qalandan sonra azadlığa buraxılmışdı.
Həbsdən çıxan kimi siyasi mövqeyini dəyişən D.Kazaryan qısa müddət ərzində Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanla "dostlaşdı". A.Simonyan da biznesmenə N.Paşinyanın qəbul otağının qapılarını açdı.
.jpg)
Cinayət işi "unuduldu" və D.Kazaryan baş nazirin "inanılmış iş adamı" oldu.
N.Paşinyan hətta onu "Ermənistanın işgüzar dairələrinin nümayəndəsi" kimi qəbul da etmişdi.
"Spayka"nın soyuducu revrijerator-qoşqularının ötən ilin noyabr ayından bəri Mesamorda morqun yanında saxlandığı deyilir.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












